Ana səhifə / Aktual / Rza Rzayev dünənki insidentdən danışdı

Rza Rzayev dünənki insidentdən danışdı

“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev dünən Nizami Rayon Məhkəməsinin qarşısında Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyməsi barədə yayılan xəbərə münasibət bildirib.

R. Rzayev BakuPost-a açıqlamasında deyib ki, bacısı Zeynəb Rzayevanın direktor müavini olduğu 220 nömrəli məktəb-liseylə bağlı 3 valideyn, bir müəllim və bir psixoloqa qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi veriblər.

Aktyor məhkəmədə hazırda 5-ci iclasın getdiyini bildirib: “Tural Mirzəliye bütün məhkəmə prosesləri zamanı məhkəməyə gəlir. Həmin valideynləri məhkəməyə maşını ilə gətirir, bayırda valideynlərə təlimat verir. Mən buna görə Təhsil Nazirliyinə yazılı müraciət etmişdim ki, bu şəxs dərs vaxtı məhkəmənin qarşısında nə gəzir?! Bu adama qarşı heç kim iddia qaldırmayıb, onun valideynlərlə nə əlaqəsi var? Tural Mirzəliyev valideynləri qızışdırır, biz məhkəməyə gələndə gah bizə söz atır, qadınları qabağa verib irişirdi. Özü kinayə ilə əl və gözlə bizə işarələr verirdi. Dünən də valideynləri yenə də yığıb öz maşını ilə məhkəməyə gətirmişdi. Mən də hər dəfə bunun şəklini çəkirəm. Maşından düşüb o da telefonla mənim şəklimi çəkdi. Tural Mirzəliyevin yanında həmişə gördüyüm bir cavan oğlan da vardı. Mən onu valideyn bilirdim, sən demə, onun qaynı imiş. Aramızda mübahibə düşdü. Mən Tural Mirzəliyevə dedim ki, sən burada nə gəzirsən, hər gün mənim arxamca adam göndərirsən ki, məni bağışlasın, heç nə etməmişəm, kimlərsə aranı qatır. Ancaq Tural Mirzəliyev qaydıb söyüş söydü. Qarşılıqlı cavab verdim. Bu zaman qaynı əlinə cibinə atdı. Mən cibindən nə çıxardığını görmədim. Tural Mirzəliyev və qaynı ilə mənim aramda qarşılıqlı dava baş verdi. Tural Mirzəliyev də məni vurmağa başladı. Ara qarışdı, bizi araladılar. Sonra bizi 25-ci polis bölməsindən gəlib apardılar”.

R. Rzayev qeyd edib ki, polis bölməsində olarkən hər iki tərəfdən qohumlar, yaxınlar bölmənin qarşısına yığışıblar: “Hər iki tərəfdən adamlar gəlmişdi. Çöldə səs-küy qalxdı. Məlum oldu ki, Tural Mirzəliyevin qaynı dostunu çağırıb, bıçağı dostuna verib və qohumlarıma hücum ediblər. Polis də tez müdaxilə etdi, onlar həbs olundu. İndi qaynı və dostu 25-ci polis bölməsindədir”.

Aktyor hazırda məsələnin polis tərəfindən araşdırıldığını nəzərə çatdırıb: “Biz də, qarşı tərəf də dava-dalaşla bağlı qarşılıqlı şəkildə polisə müraciət etmişik. Hazırda iş araşdırılır. Hadisə baş verən yerdə kamera çəkilişləri var, yəqin ki, hadisənin necə olduğu açıq şəkildə üzə çıxacaq”.

R. Rzayev Tural Mirzəliyevlə aralarında olan münasibətlərin keçmişindən də danışdı: “220 nömrəli məktəb-liseydə direktor müavini olmuş bacım Zeynəb Rzayevanın işə bərpası ilə bağlı iddiamız olub və bacım də işinə bərpa olunub. Ancaq qarşı tərəf apelyasiya verib, hazırda iş davam edir. Lakin dünənki məhkəmə prosesi fərqlidir, 220 nömrəli məktəb-liseyin valideynləri ilə bağlıdır. Tural Mirzəliyev hazırda başqa məktəbin direktorudur. Onun öyrətdiyi valiydeynlər “Yeniavaz” saytında bacımın 220 saylı məktəbdlə işlədiyi dövrlə bağlı ittihamlar səsləndirmişdilər. Tural Mirzəliyev hazırda 220 nömrəli məktəbin deyil, Yasamal rayonunda 175 nömrəli məktəbin direktorudur. Günorta saat 3-də, 4-də məhkəmə nə zaman olur, oraya gəlir. Sən artıq başqa məktəbin direktorusan, digər məktəbin valideynləri ilə nə işin var?! Sən məhkəməyə cavabdeh, şahid qismində çağırılmırsan, məhkəməyə niyə gəlirsən? Həm də gəlib orada qadınları qabağa verib, artıq-əskik sözlər danışır, insanı təhrik etməyə çalışır. Mən buna görə Təhsil Nazirliyinə yazılı müraciət etmişdim ki, tabeliyinizdə olan bu şəxsin qarşısını alın, həddini aşır. Söyüş söyüləndə hər bir Azərbaycan kişisi ona cavab verəcək, söyüşü adiləşdirmək olmaz. Hər kəs bunu bilməlidir”.

Xatırladaq ki, aktyorla məktəb direktoru arasında problemlər bir neçə ay əvvəl başlayıb. T. Mirzəliyev həmin vaxt 220 nömrəli məktəb-liseydə direktor olub.
O, məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini olan Zeynəb Rzayevaya bu il yanvarın 29-da bildirib ki, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcək. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra Zeynəb Rzayevanın qardaşı R. Rzayevlə direktor arasında mübahisə yaşanıb və tərəflər məhkəməyə üz tutub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …