Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ramil Usubovdan YENİ TƏYİNAT

Ramil Usubovdan YENİ TƏYİNAT

Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.
Azinforum.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə polis mayoru Anar Hüseynovu təyin edib.

Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …