Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Radio kanalları rayonlarda yayımlarını dayandıra bilər” – MTRŞ sədrindən ŞOK AÇIQLAMA

“Radio kanalları rayonlarda yayımlarını dayandıra bilər” – MTRŞ sədrindən ŞOK AÇIQLAMA

“Azərbaycanda bəzi özəl radio kanalları rayonlarda yayımlarını dayandırmaq istəyirlər”.
Azinforum.az xəbər verir ki, bu sözləri Unikal.org-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədriNuşirəvan Məhərrəmlideyib.
N.Məhərrəmli buna səbəb kimi radio kanallarının maddi durumunun aşağı olmasını göstərib:
“Çox təəssüf ki, radioların maddi vəziyyəti ürəkaçan deyil. Rayonlarda yayıma görə, bəzi özəl radio kanalları ödəniş edə bilmirlər. Ona görə rayonlar da yayımlarını dayandırmaq istəyirlər. Bu da yaxşı xəbər deyil”.
MTRŞ sədri rayonlarda yayımını dayandırmaq istəyən radio kanallarının adını çəkməsə də onlara dövlət tərəfindən maddi dəstəyin göstərib-göstərilməyəcəyinə də münasibət bildirib:
“Mən sözügedən radioların adlarını çəkmək istəmirəm. Hər halda belə bir məsələ artıq gündəmə gəlib. Azərbaycanda bazar iqtisadiyatı hökm sürür. Ölkəmizdə özəl kanallar kimi, özəl radiolar da fəaliyyət göstərir. Öz iqtisadiyyatlarını özləri qurtmalıdırlar. Dövlət tərəfindən maddi durumu aşağı olan radio kanallarına dəstəyin göstərilməsi gündəmdə deyil”.
MTRŞ sədri İran radio tezliklərinin Azərbaycanda yerli radio stansiyalarının tezliyinə daxil olmasına və cənub bölgəsində bu ölkənin radio kanallarının daha çox tutmasına münasibət bildirib:
“Bu elə də asan məsələ deyil. Bilirsiniz ki, sərhəd zonalarında yerləşən ərazilərdən 70-80 kilometr aralığa qədər qonşu ölkələrin tezlikləri fəaliyyətdə ola bilər. Eyni zamanda bizim radiolar qonşu İran və digər ərazilərdə eşidilir. Yəni, bu normal bir prosedurdur. Çox təəssüf ki, bəzən İran tərəfdən ötürücülər o qədər güclü olur ki, nəinki 70-80 km, hətta 100-150 kilometrə qədər də gəlib çatır. Çox təəssüf ki, radio kanallarımız regionlarda daha güclü ötürücü qoymurlar. Çünki, bu çox güclü maddi vəsait tələb edir. Əgər radio kannallarımız güclü ötürücü qoyarlarsa, yayımdan tezliklər vasitəsilə İran radiolarını sıxışdırıb çıxara bilərlər. Yuxarıda qeyd olunan səbəblərdən biri də özəl radio kanallarımızın maddi imkanlarının zəif olmasıdır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …