Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Rəsmi Bakıdan alman deputatın “qara siyahı”ya düşməsi barədə -AÇIQLAMA

Rəsmi Bakıdan alman deputatın “qara siyahı”ya düşməsi barədə -AÇIQLAMA

Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə həmin dövrdən etibarən onun adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Azinforum.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın “Bild” qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib ki, bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb:
“Bu məlumat düzgün deyil, yəni onun adı 2014-cü ildən “arzuolunmaz şəxslər” siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır”.
XİN rəsmisinin sözlərinə görə, bununla belə, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır, belə ki, bilavasitə Azərbaycana qarşı fəaliyyət aparmayan şəxslər bu kimi səfərlərdən sonra üzrxahlıq məktubları ilə müraciət etdikləri təqdirdə və Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etdiklərini ifadə etdikləri halda onların adlarının siyahıdan çıxarılması kimi hallara baxıla bilər və belə bir təcrübə var:
“Həmin şəxs tərəfindən müraciət olunarsa, bu kimi hala baxa bilərik, amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb. Ona görə də onun Azərbaycan Respublikası ərazisinə daxil olmasına qadağa mövcuddur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …