Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu gücləndirilmiş iş rejiminə fəaliyyət göstərəcək

Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu gücləndirilmiş iş rejiminə fəaliyyət göstərəcək

Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Azinforum.az-ın Trend-ə məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.
Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: “Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək”.
Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …