Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qeysər kəsiyi əməliyyatları “epidemiya” miqyası alıb – Ümumdünya Səhiyyə Təşkilatı

Qeysər kəsiyi əməliyyatları “epidemiya” miqyası alıb – Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənub-Şərqi Avropanın bəzi ölkələrində son uiyirmi ildə doğuşlarda qeysər kəsiyi cərrahiyyə əməliyyatından istifadənin kəskin artaraq “epdemiya” miqyası alması ilə bağlı məlumat yayıb.

ÜST-ün dekabrın 13-14-ü Tbilisdə keçirilən regional konfransında təşkilatın Avropa Regionunda lüzumsuz qeysər kəsiyi əməliyyatlarının azaldılması yolları müzakirə olunub. 2000-2015-ci illər arasında Şimali Avropada qeysər kəsiyi əməliyyatlarının doğuşlardakı faizi 20-dən çox olmayıb və əsasən sabit qalıb. Lakin Cənub-Şərqi Avropanın bir neçə ölkəsində belə doğuşların sayı az qala 50 faizi keçib.

Avropa Regional İdarəsində cinsi ve reproduktiv, ana və çağa proqramının rəhbəri doktor Nino Berdzuli deyib ki, qadınlar tibbi ehtiyacdan qaynaqlanmayan qeysər kəsiyi əməliyyatlarına getməklə özlərinin və uşağın həyatını riskə ata bilərlər.

Qeysər kəsiyi əməliyyatından bir qayda olaraq doğuş zamanı çətinliklər yaranarkıən istifadə olunur. Buna baxmayaraq ÜST bildirir ki, qeysər kəsiyi ilə doğuşların payı 10 faizi keçdikdən sonra belə əməliyyatların ümumi doğuş statistikasında ana və körpə ölümü faizini azaltdığını söyləmək olmur. Əksinə cərrahiyyə əməliyyatı doğuş üçün mürəkkəblik yarada bilər.

Analar üçün belə doğuşların neqativ nəticələri özünü gələcək hamiləliklər vaxtı büruzə verir. Bunlar qaydasız erkən doğuş, uşaqlığın yırtılması, anormal plasentasiyadır ki, bu da analarda aşırı qanaxmalara səbəb ola bilər. Ağırlaşdırıcı hallarda bu, histerektomiya və ya uşaqlığın amputasiyası ilə nəticələnir.

Qeysər kəsiyi ilə doğulmuş uşaqların neonatal reanimasiyaya düşməsi riski daha böyükdür. Bəzi tibbi məlumatlara görə belə uşaqlarda sonrakı illərdə astma və piylənmə kimi hallar qeydə alına bilər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …