Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Aktual / “Qarabağ erməniləri Azərbaycan pasportlarını hələ də saxlayırlar” — Bayram Səfərovdan ŞOK AÇIQLAMA

“Qarabağ erməniləri Azərbaycan pasportlarını hələ də saxlayırlar” — Bayram Səfərovdan ŞOK AÇIQLAMA

“Qarabağda yaşayan ermənilərin hamısı Azərbaycan pasportlarını hələ də özlərində saxlayıblar. Çünki onlar Azərbaycan vətəndaşları olduqlarını yaxşı bilirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra həmin ermənilər gizlətdikləri pasportları ilə qaça-qaça gəlib üzr istəyəcəklər”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

B.Səfərov deyib ki, hazırda Qarabağda yaşayan ermənilərin hamısı Azərbaycan vətəndaşlarıdır:
“Onları biz çıxartmadıqca, Azərbaycan vətəndaşlığından çıxmayıblar. İnanın ki, onların əksəriyyəti hələ də köhnə Azərbaycan pasportlarını gizlədib saxlayırlar. Yəqin ki, zamanı gələndə ermənilər həmin pasportları gətirib Azərbaycan tərəfinə göstərəcəklər. Deyəcəklər ki, baxın, biz Azərbaycan vətəndaşlarıyıq, sadəcə olaraq Ermənistan hakimiyyəti bizə imkan vermirdi və sairə.
Hər kəs də bilir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər həmin ermənilər Azərbaycan pasportları daşıyırdı. İndi də daşıyırlar, sadəcə olaraq Ermənistan hakimiyyətindən qorxduqları üşün həmin pasportları gizlədib saxlayıblar. Əmin olun ki, zamanı gələndə ermənilər həmin pasportları gizlətdikləri yerlərdən çıxarıb çox fəxrlə gətirib bizə göstərəcəklər. Deyəcəklər ki, biz də Azərbaycan vətəndaşlarıyıq”.

Ermənistanda yeni prezidentin seçilməsinə də toxunan B.Səfərov Armen Sarkisyanın formal prezident olduğunu söyləyib:
“Əslində Armen Sarkisyanın böyük səlahiyyətləri yoxdur. Ermənistanda hakimiyyəti idarə edənlər yenə də quldur və işğalçı Serj Sarkisyan və onun cinayətkar komandasıdır. Armen Sarkisyanı da formal olaraq gətirib prezident seçiblər. Məqsəd də Ermənistanın “demokratik” görünməsidir. Ancaq bütün dünya bilir ki, Ermənistanda demokratiyadan söz açmağa dəyməz. Hakimiyyəti idarə edənlər quldur və işğalçı rejimdir”.

Həmçinin oxuyun

“Xəbər məni dərindən kədərləndirdi…” – Zakir Həsənov İranlə həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, …