“Qaçqınkom” sədri işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır – Tələb

“Hər zaman demişəm ki, bu “qocalar evi”nə yığışan adamlar dövlətə, prezidentə xəyanət edən adamlardır. “Qaçqınkom” sədri Əli Həsənov da onların başında gəlir”.

Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, Əli Həsənov vaxtiylə Heydər Əliyevə xəyanət eləmişdi. Amma sonradan yüksək vəzifəyə gəlib çıxdı, indi də İlham Əliyevə xəyanət edir:

“Görün, işin harasıdır ki, bu adam deyir ki, erməni xalqı ilə düşmən deyilik. Ölkə prezidenti deyir ki, ermənilər düşməndir, bizim torpaqlarımızı işğal ediblər, Qarabağ da, İrəvan da bizim tarixi torpağımızdır. Amma Əli Həsənov deyir ki, biz erməni xalqı ilə düşmən deyilik. Bəli, hamı bilir ki, Əli Həsənov düşmən deyil. Ona görə ki, qohumluqları var. Amma bir şeyi unudur ki, o, bu açıqlaması ilə bütün Azərbaycan xalqını, Qərbi Azərbaycandan didərgin düşənləri, bir milyon köçkünü təhqir edir”.

Partiya sədri deyib ki, qaçqın və məcburi köçkünlərə Əli Həsənova qarşı çıxmalıdırlar. Onun sözlərinə görə, bu mövqeyimə görə cavab verməlidir:

“Bu adama qarşı ciddi etiraz olmalıdır. QAT sədri Akif Nağı niyə səsini çıxarmır? Şou yaratmaq lazım deyil, ortaya mövqe qoyub Əli Həsənovun cavabını vermək lazımdır. Onsuz da Əli Həsənovun ömrünə az qalıb. Prezident seçkilərində qalib gəlsəm, onu işdən kənarlaşdıracam. Fəaliyyətini araşdıracam, qaçqınlara ayrılan pulları, binalaraın tikintisinə xərclənən milyonları mənimsədiyinə görə məsuliyyətə cəlb etdirəcəm. Əli Həsənov on millərlə şəhiddən, qazidən, əsir düşən qız-gəlinlərimizdən utansın. Ermənilər necə bizim düşmənimiz olmaya bilər? Köçkünlərə üzümü tutub deyirəm ki, bu adam sizing pullarınızı yeyib, indi də erməniləri özünə dost bilir. Hesab edirəm ki, hamı Əli Həsənova qarşı çıxmalıdır. Bizə hörmət etmirsə. Heç olmasa, prezidentə hörmət eləsin. Bütün bunları nəzərə alaraq deyirəm ki, “Qaçqınkom” sədri seçkidən sonra işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır”.