Cümə , Fevral 22 2019
Ana səhifə / Aktual / Qəbələdə yanğın zamanı xəsarət alan ərəb turistlər Bakıya gətiriləcək – Səhiyyə Nazirliyi

Qəbələdə yanğın zamanı xəsarət alan ərəb turistlər Bakıya gətiriləcək – Səhiyyə Nazirliyi

Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcək.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 yaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada müalicə olunurlar: “Bir nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Bundan başqa, hadisə nəticəsində 1995-ci il təvəllüdlü əcnəbi vətəndaş dünyasını dəyişib”.

Nazirlik rəsmisi əlavə edib ki, xəstəxanada olan 5 nəfər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək: “Onların vəziyyətləri ağır deyil”.

Qeyd edək ki, Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …