Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Aktual / Penitensiar Xidmətdən çıxarılan general Əlixanovun yerinə TƏYİNAT OLDU

Penitensiar Xidmətdən çıxarılan general Əlixanovun yerinə TƏYİNAT OLDU

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.

Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.

Qeyd edək ki, təyinat dünən – sentyabrın 10-da gerçəkləşib. O.Qasımov dünən kollektivə təqdim edilib.

Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra – bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.

VIPedu.BIZ

Həmçinin oxuyun

Nəsimi rayonunda Konstitusiya günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına  8 saylı tam orta məktəbdə “12 noyabr …