Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Aktual / Partiya sədrinin evindən 10 min manatlıq qızıl oğurlanıb

Partiya sədrinin evindən 10 min manatlıq qızıl oğurlanıb

Azərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Olke.az saytının məlumatına görə, F.İbrahimbəyov küçəsi 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Əhəd Abıyev: “Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya düşmüşəm”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin xəstəxanaya yerləşdirilidiyi, əməliyyat olunduğu haqda məlumat yayılıb. Məlumatda …