Bazar , Sentyabr 23 2018
Ana səhifə / Aktual / “Onun şəklini görəndə dəhşətə gəldim” – Xoşqədəm Hidayətqızı

“Onun şəklini görəndə dəhşətə gəldim” – Xoşqədəm Hidayətqızı

“Xəzər TV”də əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişi bu gün yeni mövsümə başlayır.

BAKU.WS-ə özəl açıqlama verən X. Hidayətqızı bildirib ki, bu mövsüm də gözü yolda olan ailələri, şəfa axtaran şəxsləri sevindirəcək:

“Bilirsiniz ki, “Səni axtarıram” verilişi daha çox itkin düşmüş şəxslərin axtarışları ilə məşğuldur. Təbii ki, şəfa tapmaq istəyənlərə də daim yardım əlimizi uzadırıq. Yay aylarında bir çox axtarışlarımız yekunlaşıb. İllərdir axtarışları davam edən şəxslərdən xəbərimiz olacaq. Tamaşaçılarımızın ən çox maraqlandığı bir itkin var. Onun yeni şəklini görəndə gözlərimə inana bilmədim, dəhşətə gəldim. İnsan nə qədər dəyişə bilər. Düşünürəm ki, tamaşaçılarımız da onu bu halda gördükdə çox təəccüblənəcəklər”.

Qeyd edək ki, “Səni axtarıram” verilişi 2011-ci ildən yayımlanır.

Həmçinin oxuyun

Ölünü məhkəməyə çağırdılar, intəhası dirilib gələ bilmədi – Azərbaycanda

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) …