Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “O cür gözəl balalarını şəhid verən ana gərək öləydi…”- Üç oğlu və həyat yoldaşı Xocalıda qətlə yetirilən qadın….

“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi…”- Üç oğlu və həyat yoldaşı Xocalıda qətlə yetirilən qadın….

Qarşıdan Xocalı faciəsinin 27-ci ildönümü yaxınlaşır. 
Moderator.az saytı olaraq artıq bir müddətdir ki, bu faciənin şahidləri ilə bağlı yazıları təqdim edirik. Xocalı soyqırımında iki oğlunu və həyat yoldaşını şəhid verən Məmmədova Narxanım Heydərəli qızı ailəsi ilə birlikdə səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalıb. Beləliklə, Narxanım Məmmədovanın dediklərini təqdim edirik:
“Fevralın 25-dən 26-na keçən gecə ermənilər bizi bütün ailə üzvlərimlə birlikdə əsir götürdülər. Evin içinə əl qumbarası atdıqlarına görə mən kürəyimdən, oğlum Mürvət isə ayağından yaralandı. Həyat yoldaşım 45 yaşlı Məmməd Məmmədov, oğlanlarım Möhlət 17, Söhbət isə 16 yaşında idi. Onlar ataları ilə birlikdə Xocalı uğrunda gedən döyüşlərdə könüllü vuruşurdular. Əsirlikdə məni balalarımdan və həyat yoldaşımdan ayırdılar. Hər üçünün aparıb başını kəsdilər. İndiyə kimi onların meyitini ala bilməmişik. 
1988-ci ildə Göyçə mahalından ermənilər tərəfindən didərgin salındığımız zaman Xocalıya pənah gətirdik. Onda da 1973-cü il təvəllüdlü oğlum Sərvəri ermənilər faciəvi şəkildə qətlə yetirdilər. Təsəvvür edin ki, bu müharibədə üç oğlumu və həyat yoldaşımı şəhid verdim. O cür gözəl balaları itirən ana gərək öləydi”. 
Xatırladaq ki, N.Məmmədovanın 11 yaşında erməni əsirliyindən xilas edilən oğlanların biri Əhməd Məmmədov hazırda qız qaçırdığı üçün səkkiz il azadlıqdan məhrum edilib. Gələn yazılarımızda onun haqqında da məlumat verəcəyik. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …