Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib.

“Qafqazinfo”  Nazirlər Kabinetinin saytına  istinadən xəbər verir ki, Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad olunub və onun dövlət qulluğuna xitam verilib.

Həmçinin  Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilərək onun da dövlət qulluğu statusuna xitam verilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …