Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazirlikdə yeni MMC yaradıldı – Bu xanım direktor oldu

Nazirlikdə yeni MMC yaradıldı – Bu xanım direktor oldu

 

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib. 

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub.

O,  Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olub. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb. Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisasartırma proqramlarının məzunudur.

O, dövlət səhmli “Azər-Türk Bank”da uzun müddət Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra karyerasını Sinam informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …