Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazirlik cümhuriyyət festivallarına başlayır

Nazirlik cümhuriyyət festivallarına başlayır

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalına start verilir.

“Qafqazinfo” xəbər verir ki, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədləri zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.

Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq.
Festivalın ilk tədbiri iyun ayının 25-də saat 17:00-da Masallı şəhərindəki Heydər Əliyev parkında başlanacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …