Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazir və icra başçısının dayısı oğlu restoranda adam güllələyib?! – Sabiq rəis müavini haqda şok iddia

Nazir və icra başçısının dayısı oğlu restoranda adam güllələyib?! – Sabiq rəis müavini haqda şok iddia

Şirvan şəhər icra hakimiyyəti başçısı Mərdan Camalovun keçimiş polis rəisi müavini olan daysı oğlu restoranda adam güllələyib.
Azinforum.az xəbər verir ki, belə bir iddialı xəbəri Cumhuriyyet.az saytı yayıb. Saytın xəbərinə görə, icra başçısının dayısı oğlu Hacı Azər Pirverdi oğlu Məmmədov 3 gün bundan öncə Şirvanda  “Naves” restoranında Rəsul adlı şəxsi güllələyib:
“Azər Məmmədov əvvəllər polis orqanlarında rəis müavini və cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyib. Sonradan özbaşına əməllərinə görə Daxili işlər naziri Ramil Usubov tərəfindən polis orqanları sırasından töhmət alaraq kənarlaşdırılmışdır. İndidə Şirvan şəhərində ən bahalı “Mercedes” markalı avtomobillə dolaşır. Hətta maşınında “vinçestr” markalı silahla gəzir. Həmin Rəsul adlı şəxsi “Vinçestr” silahı ilə ayağından vurub”.
Sayt yazır ki, bu məsələdən xəbər tutan icra başçısı Mərdan Camalov bütün gücü ilə olayı qapadıb:
“İcra başçısı dayısı oğlunun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını almaq üçün bütün proflaktik tədbirləri görüb…”.
Mia.az bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətindən rəsmi mövqe pyrənməyə çalışıb. Lakin səlahiyyətli şəxslərllə danışmaq mümkün olmayıb. Adının şəkilməsindən imtina edən İH-nin əməkdaşlarından biri isə belə bir hadisə haqqında eşitmədiklərini bildirib. Mövzu ilə bağlı dəqiqləşdirmələrimizi davam etdirəcəyik.
Onu da qeyd edək ki, Mərdan Camalov Müdafiə Sənayesi naziri Yavər Camallovun qardaşıdır.
YAVƏR CAMALOV

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın