Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazir daha bir polis rəisini vəzifəsindən azad etdi

Nazir daha bir polis rəisini vəzifəsindən azad etdi

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …