Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbəri uydurma imiş

Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbəri uydurma imiş

“Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından guya sentyabrın 1- dən toy mərasimləri ilə bağlı xüsusi qaydaların tətbiq ediləcəyi, obrazlı ifadə edilsə yalnız “sladkiy stol”lara icazə veriləcəyi ilə bağlı informasiyalar yayılıb.

Görəsən, yayılan informasiyalar həqiqəti nə dərəcədə əks etdirir?

Məsələ ilə bağlı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov  saytımıza  açıqlamasında yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib:

“Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır. Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.

Azinforum.az

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …