Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Aktual / Naxçıvanda növbəti rekord – Borcu olan tapılmadı

Naxçıvanda növbəti rekord – Borcu olan tapılmadı

Naxçıvan Muxtar Respublikası üzrə 2018-cı ilin avqust ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib. Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi – VİDEO

Erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfərlər edən və buna görə Azərbaycan tərəfindən arzuolunmaz …