Nərgiz Paşayeva vitse-prezident seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri, Rəyasət Heyətinin yeni üzvləri  seçilib. 

“Qafqazinfo” nun məlumatına görə, AMEA-nın vitse-prezidentləri vəzifələrinə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva , Iradə Hüseynova seçki yolu ilə seçiliblər.

Qeyd edək ki, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva və İradə Hüseynova isə  yeni vitse- prezidentlər seçiliblər.

N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.

Qeyd edək ki, vitse -prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.

N.Paşayeva və I.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər.

İclasda akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.

Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Zdrave universal kremi zdrave forte