Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Müsavatda QALMAQAL – Yadigar Sadıqlı başqanlığa namizədliyini irəli sürür

Müsavatda QALMAQAL – Yadigar Sadıqlı başqanlığa namizədliyini irəli sürür

Müsavat Partiyasında növbəti ciddi narazılıq baş verib. 

Moderator.az  xəbər verir ki, partiyanın Divan üzvü Yadigar Sadıqlı rəhbərliyin son toplantısından narazı qalaraq, bunu sosial şəbəkədə ictimailəşdirib:
“Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Onunla sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm. Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm…”

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …