Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Aktual / Mühacir jurnalistdən “Meydan” TV-yə sərt etiraz – Foto-fakt

Mühacir jurnalistdən “Meydan” TV-yə sərt etiraz – Foto-fakt

“Meydan” TV-nin Azərbaycan Türklərini etnik adlandırması jurnalist Elbəy Həsənli tərəfindən sərt şəkildə tənqid olunub.

Meydan TV bir neçə gündür gündəmi tutan “Səni deyirlər” mahnısına olan reaksiya barədə yazı yayımlayıb. Yazıda deyilir ki, Azərbaycanda sosial media istifadəçiləri Şimali İranda yaşayan etnik qardaşları ilə həmrəylik nümayiş etdirmək üçün çəkdikləri videoda rəqs edirlər…

Jurnalist Elbəy Həsənli isə sosial şəbəkə vasitəsilə “Meydan” TV-yə istqamət verərək “azərbaycanlıları bu cür təqdim etmək üçün ən azı erməni olmaq gərəkdir” deyib. E.Həsənli yazır:

“Şimali İranda yaşayan etnik qardaşları nə deməkdir? Azərbaycan türkləri yalnız İranın şimalındamı yaşayır? Məqalənin gerisinə baxın: “Kampaniya İran əhalisinin təxminən dörddə birini təşkil edən etnik azərbaycanlılar arasında başladıldı… İran əhalisinin təxminən dörddə biri…” Belə bir şey yazmaq üçün ən azı erməni olmaq gərəkir. Meydan TV-nin yadına salmaq istərdim ki, 2012-ci ildə İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyədə olarkən beləcə də dedi: “İranlıların 40 faizi türkcə danışır. Təbii ki, bu bəynatı da həqiqətin etirafı kimi qəbul etmək olmazdı. Amma ilk dəfə idi ki, İran rəsmi bir şəxsin dilindən belə bir etirafda bulundu… Meydan TV-yə onu da xatırladım ki, BMT-nin məlumatında İrandakı soydaşlarımızın sayı 30 milyon olaraq keçir…

E.Həsənli daha sonra sual edir: “Siz bunları bilmirsinizmi? Bilirsiniz. Bəs nədən belə “quş braxırsınız”? Çünki “Meydan” TV Qərbin pulu ilə qidalanır. Qərb üçün isə Azərbaycanın milli maraqları prioritet deyil… İllər öncə “Meydan TV” haqqında yazdığım başqa bir statusda da bu media orqanının anti-milli fəaiyyətinə diqqət çəkmişdim. Onda ingilisdilli məqalələrin birində belə bir fikir qırmızı xətt ilə keçmişdi ki, Azərbaycan da Türkiyənin ermənilərə qarşı soyqırım törətməsini tarixi fakt kimi qəbul etməlidir. “Meydan” TV-də olan bu kimi kənaraçıxmalar təsadüfi deyil. Məhz Qərb mənbələrindən daha çox pul qopartmaq üçün belə əclaflıqlara əl atırlar. Mən buna çox təəssüf edirəm…”.

Jurnalistin sözlərinə görə, tək Meydan TV deyil, Azərbaycanda bir sürü jurnalist, siyasətçi, QHT sədri var ki, Amerika nə çalırsa, ona oynayır. Başqa bir sürü isə Rusiya üçün əldən-ayaqdan gedir. Hələ biri də var: İranlı ayətullalarının əlini öpən, millətini farsa satmış şərəfsizlər sürüsü də bir tərəfdə məqam gözləyir…
“Ancaq mən əminəm ki, bu millətin namuslu övladları sizin kimi vətən xainlərini toplam şəkildə ayaqları altına alıb Azərbaycanın birləşməsini təmin edəcək. Vətənimizi azad və demokratik bir ölkəyə çevirəcək” deyə, E.Həsəni fikrini tamamlayr.

VIPedu.BIZ

Həmçinin oxuyun

Nəsimi rayonunda Konstitusiya günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına  8 saylı tam orta məktəbdə “12 noyabr …