Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

Şirincan Məmmədova: “Aprel döyüşlərinin iştirakçısı olan müəllim xüsusilə fərqlənirdi”
Avqustun 18-də MİQ üzrə müsahibə  mərhələsi yekunlaşıb. Növbəti mərhələdə isə boş qalan yerlərə vakansiya  elan olunacaq.
Moderator.az xəbər verir ki, müsahibələrdə komissiya üzvü kimi iştirak edən, Bakı şəhəri 126 saylı məktəbin tarix müəllimi, həmçinin “Ən yaxşı müəllim”  seçilən, Tvininq layihəsinin və Malta-2018 konfransının iştirakçısı olan  Şirincan Məmmədova AzEdu.az-la namizədlər haqqında fikirlərini bölüşüb:
“İkinci ildir komissiyadayam. Builki namizədləri, daha hazırlıqlı gördüm. Adlarını açıqlamayacam , amma çox yadda qalan namizədlər oldu. Aprel döyüşlərinin iştirakçısı olan bir namizəd fərqləndi. Həm savadı, vətənpərvər mövqeyi, həm də birbaşa bu tarixi hadisənin canlı şahidini dinləmək olduqca maraqlı idi. Onun bir müəllim olaraq əzbərçilər deyil, əsl vətəndaş mövqeli insanlar yetişdirəcəyinə əminlik yarandı”.
Müəllim bildirib ki, namizədlərə daha çox ixtisasla, ümumi dünyagörüşü ilə bağlı suallar verib:
“Məktəbə hansı yeniliklər gətirəcəyini, hansı maraqlı təhsilyönümlü layihələrə üstünlük verəcəyini, oxuduğu tarixi əsərləri, Azərbaycanın müasir dünyada mövqeyi haqda suallar verirdim”.
Şirincan xanım namizədlərin ən çox çətinlik çəkdiyi sualdan da danışıb:
“Bir sualı çox az namizəd cavablandıra bildi. 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününün hansı hadisə ilə bağlı olduğunu çoxu bilmirdi. Bu gün dövlət və dövlətçilik, bir də İKT, kurikulum islahatı, təhsil qanunu ilə bağlı olan məlumatları hər bir fənn müəllimi bilməlidir. Axı, Dövlət Bayrağı gününü bilmək təkcə, tarixçi üçün deyil”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …