Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Aktual / Milyonçu Adnan Oktarın şok ifadəsi: “Bəzən anamdan cibxərcliyi alıram…”

Milyonçu Adnan Oktarın şok ifadəsi: “Bəzən anamdan cibxərcliyi alıram…”

Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunan Adnan Oktarın ifadəsi ortaya çıxıb. Müsavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Oktar ifadəsində deyib: “Hər hansı bir şirkətim yoxdur. Sadəcə yazarlıq edirəm. Aylıq olaraq 3000-3500 lirə para qazanıram. Bir mühasibim yoxdur”. 

Oktar barəsində irəli sürülən ittihamları “hamısı yalan, hamısı itira” adlandırıb. 164 səhifəlik istintaq sənədlərində Oktar ilginc sözlər deyib: “Qazandığım bütün pulu cibimə qoyuram. Heç bir bankda hesabım yoxdur. Anam sağdır, bəzən anamdan cib xərcliyi alıram. Cinayətkar qrup deyilik. Gözəl niyyətli dost qrupu olaraq yaşayırıq və mən Mehdi deyiləm”.
Xatırladaq ki, İstanbul maliyyə cinayətlərilə mübarizə şöbəsinin heyəti tərəfindən A.Oktar və cinayətkar qrupa qarşı baş tutan əməliyyat zamanı 169 nəfər həbs olunub. Oktara ümumən 353 sual verilb. İnkar etdiyi sualları ilə “tamamı iftira” deyərək rədd edib. 1.5 gün boyunca davam edən istintaqla bağlı bəzi detalları nəzərə çatdıraq.

“Cinayətkar qrup deyilik”

Oktara ilk verilən suallar arasında pasportunun olub-olmadığı vardı. Oktar deyib: “Heç bir zaman ölkə xaricinə çıxmadım. İstanbul Universitetində fəlsəfə elmi fakültəsində 3 il təhsil aldım. Burada kommunistlərin təzyiqi ucbatından təhsilimi davam etdirə bilmədim”. O, əməliyyat zamanı ələ keçirilən nəğd pulları da, maaşlı bir yerdə çalışmamasına baxmayaraq necə əldə etdiyini açıqlaya bilməyib. A.Oktar ifadəsini bu formada davam edib: “And içməyə gərək yoxdur onsuz da. Müsəlman demək bir-birini qoruyan, müdafiə edən, bir-birinə valideyn olan deməkdir. Bu zatən Allaha qarşı verilmiş bir anddır. Başqa da bir and yoxdur. Təşkilat içində imam nikahı qıyılması iddiasına da qəbul etmirəm. Mənimlə tanış olub, sonradan ayrılan 8 minə yaxın insan var. İslamda təzyiq yoxdur. İstəyən gələr, istəməyən gəlməz. Xaricdə faliyyət olaraq yazmış olduğum kitabların paylanması vardır. Mənim bununla bağlı bir təlimatım yoxdur. Sevənlərimin könüllü fəaliyyətidir. Bu işlərə kitab çalışmalarıma görə vaxt tapa bilmirəm. Vaxtım olsa da, mənim maraqlananacağım bir detal deyil. Bunlar müstəqil xeyriyyə fəaliyyətləridir”.

Nurayın qardaşı da həbsdədir

250 zərərçəkənin verdiyi ifadə əsasında sirr adlandırılan 3 intihar hadisəsi də araşdırmağa başlanıb. Böyükçəkməcədə 2000-ci ildə intihar edən Niray Tınarla bağlı önəmli bir məqam diqqət çəkir. Tınarın böyük qardaşı Salih Tınarın da Oktarın önəmli adamlarından biri olduğu üzə çıxdı. Salih Tınar 11 iyul günü Oktar qrupuna qarşı təşkil edilən əməliyyat çərçivəsində göz altına alınıb. Həbs edilən Tınarın eyni zamanda Global yayıncılıq firmasına məsul olduğu diqqət çəkir

VIPedu.BIZ

Həmçinin oxuyun

Professor: “Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir”

“Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir”. “Report” …