Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Milli məktəblərimizə pedaqoji kadrların hazırlanması ən mühüm işdir – Kamran Ramazanlı

Milli məktəblərimizə pedaqoji kadrların hazırlanması ən mühüm işdir – Kamran Ramazanlı

Milli məktəblərimizə pedaqoji kadrların hazırlanması ən mühüm işdir. Bu məqsədlə Tifllisdə ali təhsil müəssisəsinin yaradılmasına ciddi ehtiyac vardır. Ona görə ki, bu olduqca vacib məsələdir. Hətta deyərdim ki, bu məsələdə çox geçikmişik. Mümkün qədər bu yöndə işləri sürətləndirmək lazımdır. Bu baxımdan hesab edirəm ki, ali təhsil müəssisələri Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti nəticəsində yaradılmalıdır.. Bu istiqamətdə işlər sistemli və kompleks şəkildə həyata keçirilməlidir. 

Təklif edirəm ki, Gürcüstanda fəaliyyət göstərən QHT-lər, ziyalılar Gürcüstanın baş nazirinə, Azərbaycan prezidentinə, hər iki ölkənin təhsil nazirliklərinə pedaqoji kadırların hazırlanması məqsədilə ali təhsil müəssisəsinin açılmasına köməklik göstərmələri barədə müraciət etsinlər. Biz yaxın günlərdə Bakıda Gürcüstanlı soydaşlarımızın təhsil problemlərinə dair ictimai dinləmə keçirəcəyik. Tiflisdə pedaqoji kadrların hazırlanması üçün ali təhsil müəssisəsinin yaradılması ilə bağlı köməklik etmələri barədə:  Azətrbaycan Respublikasının Prezidenti zatı- aliləri cənab İlham Əliyevə, təhsil naziri Ceyhun Bayramova müraciət edəcəyik. Xahiş edirəm ki, ziyalılar belə bir tale yüklü məsələdə aktiv olsunlar və problemlərin həlli istiqamətində çalışsınlar. 

Kamran Ramazanlı, Qafqaz məsələləri üzrə araşdırmaçı 

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …