Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Mahmudovun çöküşünün 3-cü ili…

Mahmudovun çöküşünün 3-cü ili…

Eldar Mahmudovun Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi və MTN bandalarına qarşı mübarizənin başlanmasının 3 ili tamam olur.

Azinforum.az xatlırladır ki, E. Mahmudov 2015-ci il oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə nazir vəzifəsindən uzaqlaşdırıldı. Və eyni anda MTN-də olan kriminal dəstələrlə bağlı əməliyyatlar həyata keçirildi, çoxlu sayda yüksək vəzifəli şəxslər həbs olundu və şok cinayətlərin üstü açıldı.

Məlum oldu ki, ölkənin təhlükəsizliyinə cavabdeh olan bir nömrəli dövlət qurumunun rəhbərliyi əslində yalnız filmlərdə rast gələ bildiyimiz mütəşəkkil mafiya qaydaları ilə idarə olunub. Onlar tərəfindən yüzlərlə iş adamı şantaj edilib, böhtan atılaraq həbs olunub, onlardan ən müxtəlif yollarla alınan pulların isə sayı-hesabı bəlli deyil.

Vaxtilə MTN-də ən müxtəlif vəzifələrdə təmsil olunan və bu cinayətlərdə iştirak edən şəxslər öz cəzalarını həbsxanalarda çəkməkdədirlər. Bunların içərisində E. Mahmudova ən yaxın şəxslər də var. Hələlik isə sabiq nazir son 3 ildə bu həbs prosesindən kənarda qalmağı bacarıb.

Onu da xatırladaq ki, Mahmudovdan sonra prezidentin sərəncamı ilə MTN ləğv edildi və onun yerinə iki dövlət qurumu – Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …