Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Məşhur milyarder İslama istehza etdiyinə görə üzr istədi-İbrətamiz…

Məşhur milyarder İslama istehza etdiyinə görə üzr istədi-İbrətamiz…

Məşhur amerikalı iş adamı və xeyriyyəçi,  “TD Ameritrade” broker şirkətinin qurucusu və 2 milyard dollardan artıq sərmayə sahibi olan Cou Rikets  islamofob baxışları və irqçi fikirləri ılə ifşa olunub.

Azinforum.az-ın Omaha.hom saytına istinadla verdiyi xəbərdə deyilir ki, Riketsin mediaya sızmış  şəxsi mesaj və məktublarında etnik və dini azlıqlara qarşı açıq islamofob zarafatlar və təhqiramiz atmacalar üzə çıxıb. Amma maraqlıdır ki, onunla yazışmalarından birində Nebraska ştatının qubernatoru olan oğlu Pit Rikets,  milyarder atasının islamofob baxışlarına qarşı çıxıb və  ondan nəyisə ifadə etmədən öncə faktları yoxlamağı xahiş edib. Bundan sonra  milyarder öncəki fikirlərinə görə üzr istəməyə tələsib.

“Mənim elektron poçtumda bəzi yazışmalar üçün dərindən təəssüf edir və üzr istəyirəm. Bəzən qınamalı olduğum məktublar almışam və bəzən də öz dəyərlər sistemimin əks etdirmədiyi şeyləri söyləmişəm”,-deyə milyarder üzrxahlıq edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …