Ana səhifə / Aktual / Leyla Əliyevanın şeirlər kitabı Londonda nəşr olundu

Leyla Əliyevanın şeirlər kitabı Londonda nəşr olundu

Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın gənc şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Bu barədə Kult.az-a Tərcümə Mərkəzindən məlumat verilib.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap olunub. Kitaba daxil edilən 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çevirib.

Nəşrin redaktoru Karolina Valtondur.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …