Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Aktual / LDU-nun həyətində yaşıllığı kim hədəfə alıb? – Obyekt tikmək istəyən pedaqoq kimdir?

LDU-nun həyətində yaşıllığı kim hədəfə alıb? – Obyekt tikmək istəyən pedaqoq kimdir?

Son zamanlar Bakı şəhərində və eləcə də ölkənin bəzi regionlarında yol kənarlarında olan ağacların kimyəvi maddələrlə qurudulması barədə informasiyalar yayılmaqdadır. Ağacların qurudulmasına səbəb isə bəzi işbazlar tərəfindən həmin ərazidə sonradan müxtəlif biznes obyektlərinin tikintisinin planlaşdırılmasıdır.

Acınacaqlı olan isə budur ki, işbazlar tərəfindən kimyəvi maddələrlə qurudulan ağaclar hansısa dövlət müəssisələrinin ərazisində olan ağaclardır. Bu isə bu tip müəssisələrin rəhbər vəzifəli şəxslərinin maddi maraqları naminə işbazlarla işbirliyinə getməsi anlamına gəlir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin həyətinin yolkənarı hissəsində də ağaclar birdən-birə sıra ilə qurumağa başlayıb.

Qeyd edək ki, LDU-nun yerləşdiyi ərazi Lənkəran-Lerik yolunun kənarındadır. Həmçinin Lənkəran aeroportunun yaxınlığındadır. Bu yolda müxtəlif tipli iaşə obyektləri var. Maraqlı məqam həm də LDU-nun həyətində qurudulan ağacların yol kənarında olması, yəni bu ağacların yerinin istənilən obyektə yararlı olmasıdır.

Onu da qeyd edək ki, ağacların qəsdən qurudulması adi müşahidələrlə də məlum olur. Belə ki, qurudulan ağaclar yol kənarında sıra ilə qurudulub.

Qurudulmaqlarına baxmayaraq əvvəllər sağlam olduqları aydın hiss olunur. Ağacların ətrafında olan digər ağaclar isə, yəni yerləri obyekt tikməyə uyğun gəlməyənlər isə sağlam və yamyaşıldır.

Xatırladaq ki, bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi nəticəsində 51 ağac məhv edilib.

LDU-nun həyətində yaşıllığı kim hədəfə alıb?
LDU-nun həyətində yaşıllığı kim hədəfə alıb?
LDU-nun həyətində yaşıllığı kim hədəfə alıb?

VIPedu.BIZ

Həmçinin oxuyun

İlham Əliyevə orden verildi – Fotolar + Yenilənib

Prezident İlham Əliyev dekabrın 19-da Rusiyanın Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq …