Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Kriminal aləmin məşhur siması Azərbaycanda (FOTO/VİDEO)

Kriminal aləmin məşhur siması Azərbaycanda (FOTO/VİDEO)

Vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur TumaevAzərbaycana gəlib.
Azinforum.az  xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, kriminal aləmdə “Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum “qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət edib.
O, səfər zamanı tək olmayıb. Bir neçə yaxını da Tumaevi müşayiət edib.
Bir vaxtlar çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzət ləqəbli “qanuni oğru” Xəmzət Qastəmirovun ətrafında olan, daha sonra isə ona qarşı çıxan “Timur Dikiy” cənuba – Lənkərana və Masallıya yollanıb.
Qeyd edək ki, bu il 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Canıyevin vəfatının ikinci ildönümüdür. Tumaevin səfərinin başlıca səbəbi də budur.


Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …