Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etdi

KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etdi

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

1. Fondun 2019-cu ilin I rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
2. Cari məsələlər.

Şuranın sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor V.Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib. V.Səfərli həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.
İcraçı direktor 2019-cu ilin I rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.
Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …