Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Jalüzləri sökməsəz, 150 manat cəriməsi var – Fotolar

Jalüzləri sökməsəz, 150 manat cəriməsi var – Fotolar

Şirvanda noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, artıq yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib.
Bu gün bir neçə saat ərzində keçirilən reyd zamanı avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib edilib.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

İnzibati Xətalar Məcəlləsinə görə jalüzləri çıxarmayan sürücülər 150 manat məbləğində cərimə olunur.

 


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …