Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Aktual / İşsiz qalan müəllim nazirliyi ittiham etdi: “9 bal toplayan məktəbdə direktor işləyir”

İşsiz qalan müəllim nazirliyi ittiham etdi: “9 bal toplayan məktəbdə direktor işləyir”

“Diaqnostik qiymətləndirmədə 9 bal toplayan müəllim hazırda direktor işləyir”
Azinforum.az xəbər verir ki, bu sözləri AzEdu.az-a daxil olan müraciət əsasında əlaqə saxladığımız  təqaüdçü müəllim Xəlil Xəlilov deyib. Onun həyat yoldaşı Solmaz Xəlilova 39 il təcrübəsi olmasına baxmayaraq hazırda işsizdir:
“Çalışdığımız Kəlbəcər rayon 40 nömrəli məktəb 2017-ci ildə bağlanıb. Mən təqaüdə çıxmışam, yoldaşım Solmaz Xəlilova isə  Azərbaycan dili və ədəbiyyat müəllimidir. O gündən bu günə qədər hara müraciət etsək də, işsiz qalmışıq. Yaşı təqaüdə də düşmür ki, təqaüdə çıxaraq. Yaşadığımız yerin yaxınlığında Daşkəsən rayonu Zəyli kənd tam orta məktəbi var. Hazırda həmin məktəbdə ədəbiyyat dərsi üzrə vakant yer ayrılıb. Yoldaşımın 39 il stajı var və həmin vakant yerə qəbul olunmasını istəyirik. Onun müəllim yoldaşlarının hamısını işlə təmin ediblər. MİQ imtahanında iştirak etmək istəyənləri isə işlə təmin olunacaqlarına görə imtahana buraxmadılar.
Solmaz Xəlilovanın kurikulumdan birinci dərəcəli sertifikatı var, riyaziyyat ixtisasını bitirib. 2001-ci ildə ixtisasdəyişmə ilə Azərbaycan dili və ədəbiyyat müəllimi statusunu alıb. Təhsil Nazirliyinə ərizə yazsaq da, qəbul etməyiblər. 2017-ci ilin mayında Diaqnostik Qiymətləndirilmədə iştirak edib. Nazirlikdən bildirirlər ki, balı azdır və vakansiya seçimi edə bilməz. Halbuki 9,4 bal toplayanlar həmin məktəblərdə işləyirlər. Hətta saxta diplomu olanlar da işləyir. 9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır. 21 bal az bal deyil. Bizim məktəbdə kompüter heç vaxt olmayıb. Ona görə də 21 sualı düz cavablandırsa da, yerdə qalan suallara vaxt çatdıra bilməyib. Məcburi köçkünük, yoldaşımın 56 yaşı var. Nə təqaüdə çıxarmırlar, nə də iş vermirlər”
Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
VIPedu.BIZ

Həmçinin oxuyun

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo”nun verdiyi xəbərə …