Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Aktual / İsgəndər Həmidov xəstəxanadan çıxdı – FOTO

İsgəndər Həmidov xəstəxanadan çıxdı – FOTO

Xəbər verildiyi kimi, dünən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər İ. Həmidovun “anju” olunacağını bildirmiş, müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklərini demişdilər. 

Bu gün verilən məlumata görə, İsgəndər Həmidov artıq xəstəxanadan çıxıb. Sabiq nazirin səhhəti barədə sosial şəbəkədə status yazan jurnalist Əvəz Zeynallı bildirib ki, İsgəndər Həmidovun səhhəti yaxşıdır: “Əsas olan odur ki, İsgəndər bəy artıq bütün bəlaların əsas səbəbkarlarından biri olan siqareti buraxdı. Biryolluq həm də…”.

İsgəndər Məcid oğlu Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər daxili işlər naziri vəzifəsində çalışıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo”nun verdiyi xəbərə …