Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Aktual / İşdən azad edilən direktor və müəllimlərin sayı açıqlandı

İşdən azad edilən direktor və müəllimlərin sayı açıqlandı

 

“2017/2018-ci tədris ilində aparılan monitorinqlər nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işindən azad edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, nazir müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bununla yanaşı BŞTİ-nin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin  30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib.

Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsaitin dövblət büdcəsinə qaytarılması təmin edilib”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Nəsimi rayonunda Konstitusiya günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına  8 saylı tam orta məktəbdə “12 noyabr …