Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Aktual / İnam Kərimov yeni quruma direktor təyin etdi

İnam Kərimov yeni quruma direktor təyin etdi

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Green Park Azerbaijan MMC yaradılıb.

“Report” xəbər verir ki, yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.

Cəmiyyəti qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.

Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli “Green Park Azerbaijan”a direktor təyin olunub.

Həmçinin oxuyun

Əhəd Abıyev: “Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya düşmüşəm”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin xəstəxanaya yerləşdirilidiyi, əməliyyat olunduğu haqda məlumat yayılıb. Məlumatda …