Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İlqar Rəhimovun 25 illik hökmranlığının sonu – nazir müavinini bitirən səbəblər

İlqar Rəhimovun 25 illik hökmranlığının sonu – nazir müavinini bitirən səbəblər

ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov  nazirlikdəki korrupsiya sxeminin ən vacib həlqəsi hesab olunurdu; yeni nazir reputasiyası korlanmış köhnə komanda ilə tam vidalaşır

Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov vəzifəsindən azad edilib. Belə xəbərlər var ki, İ. Rəhimov əslində 10 gündür vəzifəsindən azad edilib, adı nazir müavinləri sırasından  nazirliyin rəsmi saytından hələ bir neçə gün əvvəldən çıxarılıb.   

İ.Rəhimovun  tanınmış iqtisadçı Vahid Axundovun kadrlarından biri olduğu deyilir. 1992-ci ildə Vahid Axundovun şöbəsində işləyib və oradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə keçib. 1993-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən İ.Rəhimov 1999-cu ildən nazirin birinci müavini təyin edilib və o vaxtdan da bu posta “əvəzedilməz kadr” olub.

İ.Rəhimov bir neçə naziri yola salsa da, özü birinci müavin postunu saxlaya bilib. Buna səbəb kimi  onun iş təcrübəsi, kifayət qədər peşəkar məmur olduğu göstərilirdi. Bəzi zamanlarda isə o, hətta nazirlikdə əsas fiqura, “boz kardinal”a çevrilə bilib. Xüsusən də Füzuli Ələkbərovun nazir olduğu dövrdə İlqar Rəhimov ƏƏSMN-in “boz kardinalı” hesab olunurdu.

“Yeni Müsavat”ın məlumatına görə, S.Müslümov 2013-cü ildə nazir təyin edildikdən sonra çox cəhd etsə də, İ.Rəhimovla yollarını “ayıra” bilməyib. Hətta bildirilir ki, S.Müslümov  İ.Rəhimovu “zərərsizləşdirmək” üçün nazirliyin əsasnaməsini dəyişdirməklə  əlavə iki müavin postu almağa nail olub. Amma bu da  İ.Rəhimovun nazirlikdəki nüfuz dairəsini azaltmağa əhəmiyyətli təsir edə bilməyib.

İlqar Rəhimov ile ilgili görsel sonucu

S.Müslümov apreldə keçirilən prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibində yer ala bilmədi. Keçmiş nazirin fəaliyyətdə olduğu müddət ərzində 2-2,5 milyard manatın “xortumlandığ” bildirilirdi. Beləliklə, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edildi. Dövlət başçısının xüsusi diqqət yetirdiyi əhalinin sosial müdafiəsinin təşkili işinin bu nazirlik sistemində çalışmayan gənc kadra həvalə olunması əlbəttə ki, təsadüfi deyildi. Bu, nazirlikdə xüsusilə kadr siyasətində yuxarıdan-aşağıya yenilənmənin olacağına işarə idi.

ƏƏSMN ile ilgili görsel sonucu

S.Müslümov vəzifəsini itirəndən sonra onun nazirlikdəki qohumları da işdən çıxarıldı. S.Müslümovun qaynı Ağalar Xasayev Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi vəzifəsindən azad edildi. Sabiq nazirin əmisi oğlu, bacısının həyat yoldaşı və dayısının kürəkəni də tezliklə işləri ilə vidalaşmalı oldu. Aydın idi ki, yeni nazir S.Müslümovdan qalma, reputasiyası korlanmış köhnə komanda ilə işləməyəcək. Oktyabrın 31-də prezident İlham Əliyev Natiq Məmmədovun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamları ilə Vüsal Nəsirli və Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olundular. İlqar Rəhimovun işdən çıxarılması ilə bağlı sərəncam elan olunmasa da, güman edilir ki, oktyabrın 31-də təyin olunan iki müavindən biri İ.Rəhimovun yerinə gətirilib. Köhnə komandadan hazırda iki müavin işini davam etdirir: İdris İsayev və Mətin Kərimli. Sonuncu bu ilin aprelində kənd təsərrüfatı naziri təyin edilən İnam Kərimovun qardaşıdır.

S.Müslümov ile ilgili görsel sonucu

Təcrübəli İ.Rəhimov yaxşı başa düşürdü ki, nazirliyin yeni heyəti ilə bu dəfə işləmək çətin olacaq. Çünki Sahil Babayev istənilən halda köhnə korrupsioner sistemi dağıtmağa çalışacaq. Bu zaman isə gec-tez növbə İ. Rəhimova  da çatacaqdı.

Mediada bu illər ərzində İ.Rəhimov haqda bir çox ittihamlar səslənib. O, nazirlikdəki korrupsiya sxeminin  ən vacib həlqəsi hesab olunurdu. İddia olunurdu ki, İ.Rəhimov özünə biznes şəbəkəsi qura bilib ki, bura fermer təsərrüfatları və turizm şirkətləri daxildir.

Qeyd edək ki, İlqar Rəhimov  1999-cu ildən Azərbaycan Milli Paraolimpiya Komitəsinin prezidentdir. Ehtimal etmək olar ki, o da işdən çıxarılan digər nazirlər kimi tezliklə bu vəzifəsini də təhvil verməli olacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …