Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / İlqar Balakişiyev qatilinin üstünə gedərkən dediyi SON SÖZLƏR

İlqar Balakişiyev qatilinin üstünə gedərkən dediyi SON SÖZLƏR

Gəncədə qanunsuz aksiyanın qarşısının alınması zamanı hücuma məruz qalaraq öldürülən İlqar Balakişiyev etirazçıların üstünə əliyalın gedib.
Mia.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsindən “gununsesi.info”ya bildiriblər. Hadisə şahidi olan həmin polisin sözlərinə görə, İlqar Balakişiyev etirazçılara yaxınlaşan zaman yanındakılardan biri əlavə polis əməkdaşlarının onları müşaiyyət etməsini istəsə də rəis müavini bunu gözləməyib.
“Gəncəlilər mənə əl qaldırmaz” deyən İlqar Balakişiyev etirazçıları sakitləşdirmək istəyərkən qəfildən Rəşadın hücumuna məruz qalıb. Qatil belindən çıxardığı xəncəri rəis müavininin böyrək nahiyyəsindən vurub.
Xəstəxanaya çatdırılsa da İlqar Balakişiyevi xilas etmək mümkün olmayıb.
VIPedu.BIZ

Həmçinin oxuyun

“SƏRXOŞ VƏZİYYƏTDƏ ŞEYXİ DOLAMAQ ƏXLAQSIZLIQDIR!” – “Axı sən kimsən ki?…”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel …