Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “İlhamənin silahlı cangüdənindən səni mən qurtardım” -Kənanla İlkin Həsəninin qalmaqalı böyüyür

“İlhamənin silahlı cangüdənindən səni mən qurtardım” -Kənanla İlkin Həsəninin qalmaqalı böyüyür

Rejissor-aktyor Kənan M.M.-lə aparıcı İlkin Həsəni arasındakı qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, Kənan qarşı tərəfin ünvanına dediyi “Dəfələrlə sənin “razborka”larında mən səni şapalaqlanmaqdan qorumuşam” sözlərinə aydınlıq gətirib:

“Susdum, çaqqalar meydana girdi. Düşünürəm ki, artıq sizə medalyonun digər üzünü göstərməyin zamanı gəldi.

Mən kobud insanam, söyüş söyürəm, hər an partlamağa hazır olan biriyəm, əsəbiyəm. Amma mən heç bir zaman saxta, ikiüzlü,nankor olmamışam, duz-çörəyə, dostlara xəyanət etməmişəm, kişilərin arasında böyümüşəm. Kiminsə qəlbinə toxunduğumda vicdan əzabından rahatlıq tapa bilməmişəm, amma söyüləsi insanın qabağından da heç bir zaman qaçmamışam, bəzi hallarda yazdığım statuslar yaradıcılğım bir mənalı qəbul olunmayıb. Bir insan sənətkar, istedadlı, varlı, zəngin ola bilər, amma əgər o insanın insanlığı kişiliyi mərdliyi yoxdursa, digər üstünlükləri sıfırdır.

2002-2003-cü illər olardı, mən hələ təzə-təzə tanınırdım, bir dostumu internetdə söymüşdülər. Əhmədli metrosunun yanına hardasa 15-ə yaxın dost-tanışla məsələni həll etməyə getdik, həll olundu. Daha sonra Allah rəhmət eləsin, hər kəs bilir ki, İlhamə Quliyeva qalmaqallı sənətçimiz olub. 2005-ci ildə onun haqqında nəsə xoşagəlməz süjet hazırlanmışdı və aparıcı da elə həmin dost bildiyim oğlan idi. İlhamə xanımın İlqar adında cangüdəni onu (İlkin Həsəni) söhbətə çağırmışdı, həmin şəxs silahlı və içkili idi.

Dostluq mənim üçün müqəddəs amildir, təbii ki, dovşan dostumuz gəcə saat 3-də mənə dedi və tək getdim, dostum isə maşında oturdu. Sağ olsun, İlqar məni anladı, haqsız olduğumuz halda söhbəti bağladıq, dostumun gözlərindəki sevinc hələ də yaddaşımdan getmir. Elə bil dünyaları ona vermişdilər. Bu, mənə yetərdi. Mənim dünyamda güclü-gücsüz insan yoxdur, haqlı-haqsız insan var. Mən yıxanın yox, yıxılanın yanındayam. Həyatda illər keçdikcə biz insan olaraq çox şeyləri unuduruq. Amma, guya, unutmuşuq kimi yaşayırıq. Unutmağın adı isə nankorluq, ikiüzlülük və nakişilikdir. Bu olayların baş qəhrəmanı hamının “Şəmi müəllim” kimi tanıdığı İlkin Həsənidir.

İllər bizi həyatda tutduğumuz fərqli kişilik anlayışına görə yavaş-yavaş ayırdı. Kişi elədiyini deməz məntiqindən uzaq olaraq bunu səsləndirirəm ki, başqa kişilər kişilik edəndə yanılmasınlar. Mən Şəmi müəllim kimi status yazıb sonra qorxudan bloka atmıram. Ünvanım bəllidir, sıxıntısı olan buyursun. Hər bir kişi özü, əqidəsi haqqında həqiqətləri bilir, tarix zamanla həqiqətləri yerinə qoyacaq. Kişinin qiymətini kişilər verər.

Deyib ki Kənana sənətdə master-klass kecərik. Hansı sənətdə? Mən güclü sənətkar deyiləm. Nə deyim ola bilər, amma mən sənə insanlıqda, dərrakədə, dürüstlükdə, mərdlikdə, dostluqda, kişilikdə master-klass kecərəm, indi özün fikirləş kimin klassı daha vacibdir yaşamaq ücün. Kənan MM, yoxsa “Şəmi”? Mən Kənan MM və ya Bəxtiyar komutan, Ədalət, Cavad və digər obrazlarımdan utanmıram. Necə ki, sən əsgərlikdə olanda komandirinin otağına şəxsi nüfüzuma görə əynimdə şortiklə girib sənə çölə cıxman ücün icazə alanda da utanmamışdım. Sən “Şəmi” və “Bozbaş” adından utanırsansa, hörmətli Ilkin Həsəni, o, sənin seçimindir. Hər ikimiz həyatımıza belə davam edəcəyik. Mən sənətdə çox qısqanc adamam, Rasim Balayev, Fəxrəddin bəy, Nejat İşlər olmaq ücün çox şey edərdim, amma “Şəmi” olmaq üçün Kənan qısqanır demək ağılsızlıqdır”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …