Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / İCRA BAŞÇISININ KÜRƏKƏNİ DƏ VERGİDƏN QOVULDU – 7 nəfər işdən çıxarılıb

İCRA BAŞÇISININ KÜRƏKƏNİ DƏ VERGİDƏN QOVULDU – 7 nəfər işdən çıxarılıb

Vergilər naziri Mikayıl Cabbarov daha 7 nəfər vergi əməkdaşını tutduğu vəzifədən azad edib.  Ölkə.Az”ın məlumatına görə, Mikayıl Cabbarovun işdən çıxardığı vergi işçiləri arasında sabiq vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı və dostu Gülağa Şirəliyev də var.

1Bundan əlavə, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin sabiq rəisi Nəsimi Cəfərovun bacanağı, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni Zaur Məmmədov da var.

İşdən çıxarılanların siyahısını təqdim edirik:

Tornayev Ceyhun Qulu oğlu – kiçik vergi xidməti müşaviri,

Muradlı Rəşad Rasim oğlu – birinci dərəcəli müfəttiş,

Seyidov Mirhüseyn Mirsucəddin oğlu – birinci dərəcəli müfəttiş,

Məmmədov Zaur Vasif oğlu – vergi xidməti müşaviri,

Şirəliyev Gülağa Zülfalı oğlu – vergi xidməti müşaviri,

Şərifzadə Ayxan Ramiz oğlu – ikinci dərəcəli müfəttiş,

Surxayzadə Anar Mirxalid oğlu – kiçik vergi xidməti müşaviri.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …