Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.
Mia.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev məlumat yayıb.
İH rəsmisinin sözlərinə görə, hazırda xəstəxanada 19 nəfər müalicə olunur.
Qeyd edək ki, dünən şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Nəticədə avtobusda olan 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar.