Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İcra başçılarının növbəti ƏLƏMƏ DALĞASI – Kimlər və nə üçün yola salınır?

İcra başçılarının növbəti ƏLƏMƏ DALĞASI – Kimlər və nə üçün yola salınır?

Seçkilərdən sonra başlanmış islahat dalğası bir çox məmurları komandadan kənarda qoyub. Yeni hökumətdə gənclərin də yer alması və hakimiyyət təmsilçilərinin verdiyi anonslar islahatların davamlı olacağını deməyə əsas verir. İslahatların “qurbanına” çevrilməyə ən real namizədlər isə indiki zamanda bir sıra icra hakimiyyətlərinin başçılarıdır. Mütəmadi olaraq “balaca padşahlar” haqqında yayılan neqativ məlumatlar onları birbaşa hədəfə gətirir.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının işdən uşaqlaşdırılmasına səbəb olan qanunsuz tikintiyə icazə verməsi idi. Binəqədi rayon İcra hakimiyyəti başçısının qanunazidd əməlləri ilə bağlı mütəmadi yaıylan məlumatlar, regionlarda sakinlərin incidilməsi və bu kimi digər hallar icra başçılarının dəyişdirilməsini zəruri edir.

İctimai rəydə xalqa xidmət etməli olan icra hakimiyyətlərinin imici heç də yaxşı deyil. Hesablama Palatasının apardığı yoxlamalar zamanı aşkarlanan yeyinti faktları da bunu deməyə əsas verir. Palatanın ötən il apardığı yoxlamalar zamanı Qaradağ, Sabunçu (Bakı), Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdə büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənmədiyi aşkarlanmışdı.

İcra başçılarına dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıqlar da edilib. Məlumdur ki, icra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlar sırasındadır. Rəsmi məlumatlar da bunu təsdiqləyir. Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlamışdı. Rəsmi məlumata görə, 2016-cı illə müqayisədə icra başçılarından şikayətlərin sayı Beyləqan, Cəbrayıl, Laçın, Saatlı, Şamaxı və digər rayonlarda artıb.

Gözlənilən odur ki, icra başçıları ilə bağlı qərar yaxın zamanlarda veriləcək. Xüsusilə, ən çox narazılıqlar, şikayətlər olan rayonların icra başçıları vəzifədən uzaqlaşdırılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …