Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İbrahimbəyova sərt ittiham: “İçki məclisində kino iclası keçirtmək biabırçılıqdır”

İbrahimbəyova sərt ittiham: “İçki məclisində kino iclası keçirtmək biabırçılıqdır”

“Rüstəm İbrahimbəyovun bura niyə gəldiyi bizə maraqlı deyil. Lakin fəaliyyəti olmayan bir qondarma qurumun sədrinin içki məclisində iclas keçirməsinin özü biabırçılıqdır. Onların oturmağa binası yoxdur, amma deyirlər ki, iclas keçirmişik”.

Bu sözləri Musavat.com-a Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

ARKİ sözçüsü qeyd etdi ki, R.İbrahimbəyovun sədrlik etdiyi təşkilatın fəaliyyəti dayandırılıb:“İclas harada təşkil olunub? Mətbuatda yayılmış restorandan fotodan görünür ki, orada kinoya aid adamlar yoxdur. Onda iclası necə keçiriblər? Məclisdəki adamlar onunla dost olanlardır”.

Ə.Vəliyev bildirdi ki, R.İbrahimbəyovun təşkilatı tanınmır: “Bu gün 2012-ci ildən qanuni fəaliyyət göstərən Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqı var və onun da sədri kino tarixinə möhürünü vurmuş görkəmli aktrisa Şəfiqə Məmmədovadır. Qoy, R.İbrahimbəyov çəkdiyi “Qafqaz üçlüyü” filmi ilə məşğul olsun. İnsan nə qədər nüfuzlu olursa-olsun, bir ziyalının yazdıqları Azərbaycana, yurduna xələl gətirirsə, kimə lazımdır, belə dramaturq, belə ziyalı? Sən öz vətəninə, xalqına, dövlətinə sədaqətli deyilsənsə, onda sənin nüfuzun kimə gərəkdir?”

ARKİ rəsmisinin sözlərinə görə, R.İbrahimbəyov bu yaşdan sonra çətin düzələr: “O, deyir ki, Ziyalılar Forumunda qaldırdığımız məsələləri hakimiyyət həll edir. Axı, sən kimsən? İnsan vicdanla danışmalıdır. Gözləyirdik ki, 80 yaşında bəlkə vicdanı oyanar. Bundan sonra çətin düzələr. Deyir ki, 150 üzvümüz işsiz qalıb. Onlar ittifaqda işləmir, sadəcə üzv olublar. Bizim 350-yə yaxın üzvümüz var. Hər bir şəxs müvafiq sənədlə üzvlüyə qəbul edilmir. İdarə Heyətinin iclası keçirilir və orada müraciətə baxılır.

Bu gün Cəmil Quliyev, Vaqif Mustafayev, Ramiz Fətəliyev, Eldar Quliyev, Oqtay Mirqasım, Ramiz Əzizbəyli, Ayaz Salayev kimi görkəmli sənətkarlar bizim ittifaqımızın üzvləridir. İl ərzində yubiley gecələri, beynəlxalq tədbirlər keçiririk, filmlər nümayiş olunur, kino dərsləri təşkil edilir. Bundan əlavə, Rasim Ocaqov təqaüdü təsis eləmişik və ən yaxşı tələbələrimizə verilir. Eyni zamanda Kino günündə “Nizami” kino mərkəzində nə qədər mükafatlar veririk.

Amma onun hansı tədbirləri, fəaliyyəti olub? Ancaq röyalardan danışırlar. Ümumiyyətlə, kino dəyərli sənətdir. Kino haqda iclası içki məclisində keçirməyin özü biabırçılıqdır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …