Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hadi Rəcəbli paralimpiyaçı xanımla rəqsindən DANIŞDI – VİDEO

Hadi Rəcəbli paralimpiyaçı xanımla rəqsindən DANIŞDI – VİDEO

Son günlər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin fiziki məhdudiyyətli şəxslərlə rəqs etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Sözügedən məsələ ilə bağlı Unikal.orga açıqlama verən Hadi Rəcəbli bildirib ki, görüntülər Lənkərandakı istirahət mərkəzlərinin birində lentə alınıb. Millət vəkili əlavə edib ki, şənlikdə paralimpiyaçı xanım onu rəqsə dəvət edib:

“Azərbaycan Paralimpiya Komitəsinin Boccia İdman növü üzrə milli komandasının üzvləri Lənkəranda istirahət mərkəzində müalicə olunurdular. Həmin vaxt mən də orda idim, onlarla görüşdüm. Həmin kateqoriyadan olan şəxslərlə mütəmadi olaraq işləyirik.O, tədbirdə dövlətin fiziki məhdudiyyətlə şəxslərə qayğısından, qanun layihələrindən danışdım. Sonra tədbirin bədii hissəsində paralimpiyaçılar rəqs edirdilər.Nərmin Əliyeva adlı paralimpiyaçı xanım məni rəqsə dəvət etdi. Mən də məmnuniyyətlə onun sözünü yerə salmadım və rəqs etdim. Ulu öndərimiz də həmişə belə tədbirlərdə rəqs edib. Rəqs insanın bir elementidir. Dəfələrlə onların yarışını da izləmişəm, tədbirlərində də iştirak etmişəm. Ona görə də aramızda bu cür xoş münasibət yaranıb.”

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …