Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / HACIQABULDA AĞIR QƏZA – Deputatın bacısı oğlu vəfat etdi

HACIQABULDA AĞIR QƏZA – Deputatın bacısı oğlu vəfat etdi

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı “10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

“AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.  Azinforum.az bildirir ki,  mərhum  millət vəkili  İqbal Məmmədovun nəzarətində olan “Kaspi Yıldız” şirkətinin əməkdaşı olub. 

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …