Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Aktual / Hacı Nuran: “Həbiblə foto paylaşdım, qalib oldu” – FOTOLAR

Hacı Nuran: “Həbiblə foto paylaşdım, qalib oldu” – FOTOLAR

Ötən həftənin ən çox müzakirə  olunan mövzusu Las-Veqasda UFC turniri çərçivəsində keçirilən döyüşdə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irland həmkarı Konor Makqreqora qalib gəlməsi olub. Istər mediada, istərsə də, sosial şəbəkədə Həbibin fotoları paylaşılaraq, ona təriflər yazılıb.

Xüsusi diqqət çəkən məqam isə hər kəslə foto çəkdirməsi ilə  məşhur olan teleaparıcı Hacı Nuranın idmançı ilə fotosunu bölüşməsi olub. Şəbəkə istifadəçiləri teleaparıcının Həbiblə belə fotosu olmasını müzakirə ediblər. Hətta, məsələyə yumorla yanaşanlar da az olmayıb.

Məsələ ilə bağlı musavat.com saytına danışan teleaparıcı sözügedən fotonun müzakirə olunacağını düşünmədiyini deyib: “Bir fotonun bu qədər müzakirə olunacağını düşünməmişdim. Mən insanlara qarşı humanistəm. Kim mənimlə foto çəkdirmək istəyirsə, razılaşıram. Bezmirəm, bu mənim  hobbimdir. Həbiblə bir tədbirdə rastlaşdıq. Onlar bir neçə nəfər idilər. Bizi tanış etdilər, istədi, foto çəkdirdik. Tanış etməsəydilər də, məni tanıyırdı. Sosial şəbəkədə yazılanlara isə əhəmiyyət vermirəm. Burada pis heç nə yoxdur, tarixdir. Hr anın tarixçəsi var. Görürsünüz, Həbiblə foto paylaşdım, qalib oldu”.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Rasim Məmmədovun zavodlarında ölən fəhlələrin sayı itib – faktlar

“Baku Steel Company” MMC-də təhlükəsizlik qaydalarına riayət edilməməsi, fəhlə həyatının nəzərə  alınmaması faciələrlə nəticələnir “Baku …