Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Aktual / Hacı Mazanın “əməlləri” ilə bağlı araşdırma başladı – VİDEO

Hacı Mazanın “əməlləri” ilə bağlı araşdırma başladı – VİDEO

Xəbər veridiyimiz kimi, dünən Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Faiq Seyfullayev adlı vətəndaşı bir dəstə mühafizəçisi ilə döyüb və Xəzər TV-nin əməkdaşlarına çəkiliş zamanı hücum edilib.

Unikal.org-un məlumatına görə, XəzərXəbərin çəkiliş qrupu vətəndaş Faiq Seyfullayevin televiziyaya müraciəti əsnasında problemi araşdırmaq üçün müvafiq ünvana gedib. Problemin araşdırılması zamanı əməkdaşlarımız Faiq Seyfullayevin evində Ramazan Zeynalov adlı şəxs və yanındakı şəxslər tərəfindən fiziki təziqə məruz qalıb. Çəkiliş avadanlıqlarını zorla əməkdaşlarımızn əlindən alan Ramazan Zeynalov və yanındaki şəxslər, hətta ev sahibi Faiq Seyfullayevi də döyüblər.

Əslində, həmin əraziyə Faiq Seyfullayev adlı vətəndaşın elektrik enerjisini MTK rəhbərliyinin əsas olmadan kəsməsi iddiasını araşdırmaq üçün getmişdik. Vətəndaşın evində yenicə çəkilişə başlamaq istəyirdik ki, qapı döyülməyə başladı. Qapını açanda isə Ramazan Zeynalov və daha iki nəfər içəri daxil oldu. Ardından isə məlum hadisə yaşandı.

Nə qədər təmkinlə və jurnalist etikası çərçivəsində davaranmağa çalışsaq da, özünü bu ünvanın sahibi kimi təqdim edən Ramazan Zeynalov əməkdaşlarımıza fiziki təziq göstərərək həm çəkilişə mane oldu, həm də avadanlıqları zorla əlimizdən almağa çalışdı. Bütün bunları isə ev sahibi Faiq Seyfullayev mobil telefonu vasitəsi ilə çəkə bildi. Bundan sonra isə mikrofonumuzu əlimizdən aldılar və bizi zorla mənzildən bayıra çıxardılar Faiq Seyfullayevə isə bir neçə zərbə vurdular.

Daha sonra bayıra çıxdıq və bir müddətdən sonra mikrofonu Ramazan Zeynalovdan aldıqdan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdik.

Ev sahibi Faiq Seyfullayev deyir ki, bizim əməkdaşlar mənzildən çıxdıqdan sonra, o da öz təhlükəsizliyini təmin etmək üçün 102 xidmətinə müraciət edib.

Faiq Seyfullayev başından və bədəninin müxtəlif yerlərindən zədələr alıb. Hadisə ilə bağlı təfərrüatları araşdırmaq üçün tərəflərin hamısı Binəqədi rayonunun 4-cü polis bölməsinə dəvət olundular.

Faiq Seyfullayev deyir ki, Ramazan Zeynalovla aralarında yaranan mübahisəyə səbəb, ona zorla MTK ilə müqavilə bağlatmaq istəyidir. Qeyri-qanuni olan müqavilə isə vətəndaşların öz mənzillərini itirməsi ilə nəticələnə bilər. Ona görə də, o, bu müqaviləni imzalamqdan imtina edib.

Təbii ki, jurnalistika prinsiplərinə sadiq qalaraq Faiq Seyfullayevin iddialarına Ramazan Zeynalovun cavabını öyrənmək istərdik. Ancaq üzləşdiyimiz məlum mənzərə qarşısında bunun mümkün olmayacağı qənaətinə gəldik. Bundan sonrakı hadisələri isə hüquq mühafizə orqanları araşdırılacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Professor: “Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir”

“Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir”. “Report” …