Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Hacı Cavad Məscidində işlərin 80%-i tamamlanıb – FOTO

Hacı Cavad Məscidində işlərin 80%-i tamamlanıb – FOTO

Paytaxt Bakının “Sovetski” adlanan ərazisində sökülərək, Bakının Yasamal rayonunda yenidən tikintisinə başlanan Hacı Cavad Məscidində tkinti işləri sürətlə davam etdirilir. Abbas Mirzə Şərifzadə küçəsi 3 ünvanında yerləşən məscidin ümumi sahəsi 14 sot olacaq. FaktXəbər-in məlumatına görə, məcid idarə binasından və bir minarədən ibarətdir. Minarənin hündürlüyü 29 metr olacaq ki, onun 12 metri artıq hazırdır.

Məscidin içində suvaq və santexnika işləri gedir. Üst fasada çəkilən aqlay daşlarının isə 80% artıq vurulub. Tikintidə təxminən 50 nəfər işləyir.

Prorab Kənan Ocaqverdiyev FaktXəbər-ə bildirdi ki, Yasamal rayon Bələdiyyəsi tərəfindən sifariş verilən və podratçı şirkət ARCHIKO tərəfindən həyata keçirilən məscid tikintisinin təxminən 80% tamamlanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …