Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Gürcüstanda “donuz qripi” 15-ci canı aldı – Qonşuda həyəcan təbili

Gürcüstanda “donuz qripi” 15-ci canı aldı – Qonşuda həyəcan təbili

Gürcüstanda “donuz qripi”ndən (H1N1 virusu ) ölənlərin sayı 15-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, bunu laboratoriya araşdırması da təsdiqləyib.

Qeyd edək ki, ötən günə olan göstəricilərə görə, Gürcüstanda qripdən xəstəxanaya yerləşdirilənlərin sayı artaraq təxminən 845 nəfər çatıb. Laboratoriya araşdırmaları onlardan 158-nin “donuz qripi”nə yoluxduğunu təsqdiləyib.

Virusla əlaqədar, Gürcüstan hökuməti məktəb və bağçalarda tədrisin başlaması vaxtını təxirə salmaqla bağlı qərar qəbul edib. Qərar eyni zamanda, universitetlərə də şamil olunub. Lakin bəzi ali təhsil müəssisələri müntəzəm olaraq dezinfeksiya işləri aparacaqlarını bildirərək qərara əməl etməkdən imtina ediblər. Buna baxmayaraq, Tbilisinin bir sıra iri universitetləri Təhsil Nazirliyinin göstərişinə əməl edərək dərsləri yanvarın 21-nə kimi təxirə salıblar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …